Pakistanın Siyalkot Universitetinin İqbalşünaslıq kafedrasının müdiri, professor Yasmeen Kousar Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin tələbələrinə "Urdu dilinin inkişafında Məhəmməd İqbalın rolu" adlı mühazirə oxuyub.

 

Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov BDU-nun Pakistan universitetləri ilə əlaqələrindən, Azərbaycanda urdu dilinin tədrisi tarixindən bəhs etdikdən sonra  professor Y.Kousar urdu dilinin yaranma tarixi və onun inkişafında Əllamə Məhəmməd İqbalın xidmətləri haqqında məlumat verib. Bildirib ki, Məhəmməd İqbal böyük filosof, siyasətçi və dövlət xadimi olmaqla yanaşı, həm də dövrünün mütəfəkkir şairi olub. Onun əsərlərində qaldırdığı məsələlər müasir dövrümüzdə də öz aktuallığını  qoruyub saxlamaqdadır.

 

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib.

 

Professor Y.Kousar dinləyicilərin mövzu ilə bağlı suallarını da cavablandırıb.