Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığı üçün daim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edilir.

 

Agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların tanınma üzrə daha da rahat  müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.