Qazax rayon Birinci  Şıxlı kənd tam orta məktəbin tarix müəllimi Araz Vəliyev “Qarabağ Azərbaycandır!” tədbirlər silsiləsinin davamı olaraq  şagirdlər arasında Vətən müharibəsinə həsr edilmiş “Zəfər qazandıq” adlı  bilik yarışı keçirib. Yarışda məktəbin 5, 6, 7-ci sinif  şagirdləri iştirak ediblər. Məktəblilər Vətən müharibəsinə aid 15 sualı cavablandırıblar.

 

Sonda qalib olan şagirdlər məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.