Balakən Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sevinc İbadovanın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-103” adlı vebinar keçirilib.

 

Vebinarın əsas spikerləri Bakı Dövlət Universitetinin dosenti, tarixçi Sevinc Qasımova və Qərbi Kaspi Universitetinin siyasi elmlər fakültəsinin dekan müavini, tarixçi Tural Vəlizadə olub.

 

Vebinarda Balakən RTŞ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri, pedoqoji heyət üzvləri, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından süqutuna qədərki dövrü əhatə ediblər. Qeyd olunub ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti  milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirərək Azərbaycanı beynəlxalq səviyyədə tanıtmağa nail olmuş, müstəqil dövlətçiliyimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm addımlar atmışdır.

 

Məruzələrdə həmin dönəmdə həyata keçirilən təhsil siyasəti, milli kadr hazırlığı, bu məqsədlə indiki Bakı Dövlət Universitetinin yaranması, xaricə təhsil üçün tələbələrin göndərilməsi, məktəblərin milliləşdirilməsi, ordu quruculuğu sahəsində görülən işlər sadalanıb və bütün bu addımlar yüksək qiymətləndirilib.