Bakı məktəblisi Bolqarıstanda keçirilən beynəlxalq yarışda Avropa çempionu adını qazanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 35 nömrəli tam orta məktəbin builki məzunu Fərid Baxışlı Bolqarıstanda keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında erməni idmançını məğlub edərək I yerə çıxıb.

 

20 ölkə təmsilçisinin qatıldığı yarışda Fərid Baxışlı 55 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gələrək qızıl medala layiq görülüb, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

 

Bu, Fərid Baxışlının ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda 5 medal qazanıb.