İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir. 

 

Test imtahanı mərhələsində könüllü olmaq üçün 650-dən çox tələbə-könüllü müraciət edib. Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçirilən müsabiqədə seçimləri uğurla başa vuran və xüsusi təlimlərdən keçən 110-dan çox "BİR" tələbə-könüllü nəzarətçi, yönləndirmə, sosial izolyasiya qaydalarına riayət kimi işlərdə tədbirə dəstək göstərir. 

 

Qeyd edək ki, "BİR" tələbə-könüllülər hər il nüəllimlərin işə qəbulu müsabiqəsinə könüllü dəstəyi verir. 

 

Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.