Şuşa rayon Malıbəyıi kənd 1 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi Vətən müharibəsinin 19 yaşlı şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun ad günü ərəfəsində ailəsini ziyarət edib.

 

İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan A.Allahverdiyev 2001-ci il iyulun 9-da Bakı şəhərində anadan olub, 2018-ci ildə orta məktəbi bitirib və 2019-cu ildə isə hərbi xidmətə yollanıb.

 

İgid döyüşçü 2020-ci il sentyabrın 27-dən 28-ə kecən gecə Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Şakir CƏFƏROV