Bugünkü imtahanlarda test tapşırıqlarının doğru cavabları yaxın saatlarda DİM-in saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək


I və IV ixtisas qrupları üzrə 22 şəhər və rayonda təşkil olunan imtahanlar başa çatıb. Dövlət İmtahan Mərkəzindən (DİM ) bildirilib ki, 10 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

 

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək.

 

Bu gün saat 16:00-da DİM-in “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm dünən, həm də bu gün keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

 

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

 

İyulun 29-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.