Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrası və tələbə gənclər təşkilatlarının təşkilatçılığı ilə 18 sentyabr- Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə İncəsənət kafedrasının müdiri, sənədşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva və kafedranın baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Xəlilova “Milli Musiqi Günü”nün mahiyyəti və dahi şəxsiyyət Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Tədbirdə  tələbələrə "Üzeyir ömrü" adlı film nümayiş etdirilib, sonda tələbələrin "Milli Musiqi Günü"nə həsr olunmuş rəsm əsərlərinə baxış olub.

 

Qeyd edək ki, Milli Musiqi Günü və "Üzeyir ömrü" filimi ilə bağlı 20 sentyabr tarixində ali məktəbdə fakültələrarası viktorina keçiriləcək. Bu məqsədlə komandalar müəyyənləşdirilib və onlara  lazımi tapşırıqlar verilib.