Bu gün Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2021-ci il üzrə  Nobel Sülh Mükafatının qaliblərinin adları elan olunub. 

 

Nobel Sülh Mükafatı Mariya Resse (Filippin) və Dmitri Andreyeviç Muratova (Rusiya) “Demokratiyanın və möhkəm sülhün şərtləri olan söz azadlığını qorumaq səylərinə görə” nominasiyası üzrə verilib.

 

Mükafat qaliblər arasında bölüşdürüləcək.

 

Ötən ildə  olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.


Oruc MUSTAFAYEV