Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Səlimə Abdelhak ilə görüşüb.

 

Rektor universitet, əcnəbi tələbələr, beynəlxlaq əməkdaşlıq əlaqələri və gələcək layihələrdən bəhs edib, ADNSU ilə Əlcəzairin ali təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin olduğunu diqqətə çatdırıb.  M.Babanlı ADNSU-nun əlcəzairli məzunları və Bumerdes şəhərinin Neft İnstitutunda çalışan Azərbaycanlı müəllimlər haqqında da  məlumat verib.

 

Səfir Səlimə Abdelhak əməkdaşlıq məsələlərində mümkün dəstəyi göstərəcəyini ifadə edib. 

 

Daha sonra tərəflər arasında ali təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.