19 və 21 oktyabr tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə keçirilən seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2000-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib.

 

Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.