12-15 noyabr 2021-ci il tarixlərində taekvondo idman növü üzrə Bosniya və Herseqovinada gənc taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 

 

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən Azərbaycan yığma komandasının tərkibində 5 nəfər idmançı mübarizəyə qoşulub.

 

Yarışda iştirak edən Quba rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səyyad Dadaşov 51 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.