Astarada “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin qalibi Emil Axundovun “Gənc olimpiadaçılara çağırış” layihəsinin təqdimatı olub.

 

Rayon təhsil şöbəsindən redaksiyamıza  daxil olan məlumata görə, tədbirdə Astara və Lənkəran rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri, təhsil işçiləri iştirak ediblər. Rayon təhsil şöbəsi metodkabinetinin direktoru Emin Fətəliyev layihənin əhəmiyyətini yüksək dəyərləndirərək onun müəllifinə uğurlar arzulayıb.

 

Layihə üzrə ekspert  Əlihəsən  Baxşıyev  Lənkəran-Astara bölgəsində layihənin icrası ilə bağlı görüləcək işlərdən danışıb.

 

Sonra “Gənc olimpiadaçılara çağırış” layihəsinin rəhbəri Emil Axundov layihənin elektron təqdimatını edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.