Dekabrın 3-də Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi təşkilatının və Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncaqları keçirilib.

 

Tədbiri giriş nitqi ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov  iştirakçıları yığıncağın gündəliyi ilə tanış edib.

 

Daha sonra Təhsil Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Əsgər Quliyev hesabat məruzəsi ilə çıxış edib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə müvafiq təşkilatın əsas funksiyası və gördüyü işlər barədə məlumat verib.

 

Sonra səsə qoyulan Təhsil Nazirliyinin Həmkarlar İttifaqının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

 

Yığıncaqda Təhsil Nazirliyinin Həmkarlar İttifaqının tərkibi müəyyənləşib, 5 nəfər yeni üzv seçilib. Səsvermə yolu ilə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərminə Hüseynova sədr, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri  Elnur Əliyev isə sədr müavini seçilib.

 

Sonra  Təhsil Nazirliyi Ərazi partiya təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, təşkilatın fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Eyni zamanda təşkilati məsələlərə baxılıb.

 

İclasda səsvermə yolu ilə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov təşkilatın sədri, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Əhliyət Adıgözəlov isə yenidən sədr müavini seçilib.