Turizm sahəsi üzrə qısamüddətli təlimlərdə iştirak üçün müraciətlərin qəbulu davam edir. Təlimlərə hotelçilik və xidmət sahəsində işləməyə həvəsi olan şəxslər müraciət edə bilər. Müraciətlərin qəbulu 10 yanvar 2022-ci il tarixinədək elektron ərizə forması üzərindən həyata keçiriləcək.


İlkin mərhələdə hoteldə təmizlik xidməti, ofisiant və barista istiqamətləri üzrə təlimlərin keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək. 


Təlimlərin əsas məqsədi qısa müddət ərzində turizm və xidmət sahəsində bilik və bacarıqların artırılması yolu ilə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, ixtisaslı kadrların yetişdirilməsidir.