Cari tədris ilində informatika fənni üzrə Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi onlayn formatda keçiriləcək.


Şagirdlər yarışda iştirak üçün müvafiq istifadəçi adı və parolla "portal.edu.az"da mövcud şəxsi kabinetlərinə daxil olaraq, olimpiadada iştirak hüququ qazanan 8-ci sinif şagirdləri isə oxuduqları ümumi təhsil müəssisəsi vasitəsilə əldə edə bilərlər. Həmçinin, qeydiyyat zamanı əlaqə nömrəsini əlavə edən istifadəçilərə həmin məlumatlar SMS bildirişlə də göndərilib.


Bildirək ki, əvvəlcə 18, 19 və 20 yanvar tarixlərində praktiki sessiya keçiriləcək. Praktiki sessiyanın məqsədi iştirakçıların yarış mühitində işləmə bacarıqlarını formalaşdırmaqdır. Həmin sessiyanın nəticəsi əsas yarışın nəticəsinə təsir etmir.


Əsas yarış 22 yanvar saat 10:00-da 8-9-cu siniflər, 13:00-da 10-cu siniflər və 16:00-da 11-ci siniflər üçün keçiriləcək. Hər bir yaş qrupu üçün olimpiadanın birinci turunun müddəti 2 saat təşkil edir. Şagirdlərə həll etmək üçün alqoritmik məsələlər təqdim olunacaq. Yarış mühitində C++ və Phyton proqramlaşdırma dillərində yazılan həllər avtomatik sistem tərəfindən qəbul ediləcək.


Onlayn yarış mühitindən istifadə qaydaları ilə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=79UR4ckl8cg


Olimpiadada iştirak edən hər bir şagirdə uğurlar arzulayırıq!