Paytaxt məktəblisi İtaliyada keçirilən “Özünü dünyaya göstər” adlı IV Beynəlxalq İncəsənət Festivalında qalib gəlib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 nömrəli tam orta məktəbin III sinif şagirdi Uğur Məmmədli rəqs ifası üzrə I yerə layiq görülüb.

 

U.Məmmədli göstərdiyi rəqs ifasına görə kubok, I dərəcəli diplom və medalla təltif olunub.

 

Məktəbliyə həmçinin, 267 ölkənin iştirak etdiyi beynəlxalq festivalda münsiflər heyətinin fəxri üzvü Fabio Lamborgininin  fərdi hədiyyəsi də təqdim olunub.

 

Bundan əlavə, məktəbli IV Beynəlxalq İncəsənət festivalının San-Marino Respublikasında keçirilən qala konsertində də çıxış edərək öz bacarığını nümayiş etdirib.

 

Qeyd edək ki, U.Məmmədli bundan öncə Bakıda keçirilən beynəlxalq incəsənət festivalında birinci yerə layiq görülərək, İtaliyada beynəlxalq festivalda iştirak etmək hüququ qazanıb.