“Mütərcim” nəşriyyatı  ali məktəb müəllimləri və tələbələri üçün yeni dərsliyi (Pedaqogika  nəzəriyyəsi və tarixi: Ali  təhsil müəssisələri üçün dərslik.   Bakı: Mütərcim, 2022, 464 səh.) nəşr edib. Dərsliyin müəllifləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Lalə Məmmədli və İradə Əmirəliyevadır.

 

Dərslik iki hissədən ibarətdir. Birinci hissədə “Pedaqogika nəzəriyyəsi”, ikinci hissədə isə “Pedaqogika tarixi” məsələləri diqqət mərkəzinə gətirilir.

 

“Pedaqogika nəzəriyyəsi” hissəsində pedaqogikanın ümumi məsələləri, əsas anlayışları, predmeti, məqsəd və vəzifələri, tədqiqat metodları, didaktika və tərbiyə məsələləri, məktəbə rəhbərlik və onun idarə olunması (məktəbşünaslıq) problemləri nəzərdən keçirilir.

 

“Pedaqogika tarixi” hissəsində isə Azərbaycanın və Şərqin möhtəşəm sənəd abidələrində, Azərbaycan mütəfəkkirlərinin, klassik və müasir pedaqoqlarının, eyni zamanda  dünya pedaqoqlarının təhsil, tərbiyə, təlim və onların təşkili məsələlərinə, məktəbin idarə olunması,  müəllim şəxsiyyətinə dair fikirləri nəzərə çatdırılır.

 

Dərslikdən ali məktəb tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi istifadə edə bilərlər.