”Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində  müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə turnir keçirilib.

 

Yarışda şahmat üzrə 165, stolüstü tennis üzrə 82, boksda 42, futbolda 45, basketbolda isə 30 nəfər idmançı mübarizə aparıb.

 

Tədbirdə  çıxış edənlər  bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar.

 

Sonda qaliblər xatirə medalları və diplomlarla təltif olunublar.

 

Rəşad ZİYADOV