Azərbaycan Texnologiya Universitetinin (UTECA) “Rosol” komandası “TEKNOFEST Azərbaycan” festivalının Robotexnika müsabiqəsində ilk onluqda yer alıb. UTECA tələbələri finalda iştirak edən 16 komanda arasında 8-ci yeri tutub.


74,67 balla adını qaliblər sırasına yazdıran “Rosol” komandası minaaxtaran və zərərsizləşdirən robot layihəsi ilə bu gün start götürəcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak edəcək.