Azərbaycan Dövlət Pedaqoji Universitetinin  tarix və coğrafiya fakültəsində Erasmus+ mübadilə proqramı ilə fakültənin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasında qonaq olan Danimarkanın Kopenhagen Universitet Kollecinin əməkdaşları Peter Mikael Hansen, Klaus Bruun və Jesper Heidemann Langhoff müəllim və tələbə heyəti üçün təşkil olunmuş seminarda təqdimatlarla çıxış ediblər.

 

Tədbirdə beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nurəngiz Mahmudova, tarix va cografiya fakültəsinin dekan müavinləri, dosent Habil Həsənov, dosent Mətanət Əsgərova, Fəlsəfə və sosial elmlər kafedrasının müdiri, dosent Asif Axundov, Azərbaycan coğrafiyası və CTT kafedrasının müdiri, dosent Oqtay Alxasov, kafedranın  baş müəllimi Səmayə Həsənova, fakültənin məzunu Türkan Məmişova və digər fakültə əməkdaşları, tələbələr, magistrantlar iştirak ediblər.

 

Peter Mikael Hansen çöl təcrübəsinin coğrafiya müəllimliyi ixtisası tələbələri üçün əhəmiyyəti və tətbiqində vacib olan məsələləri vurğulayıb, xəritələşdirmədə müxtəlif rəqəmsal proqramların tətbiqi haqqında məlumat verib.

 

Klaus Bruun Danimarka təhsil sisteminin strukturu, Kopenhagen Universitet Kolleci, pedaqoji təhsilin strukturu və məzmunu, müəllim hazırlığında coğrafiya fənninin tədrisi barədə əsas məsələləri izah edib.

 

Jesper Heidemann Langhoff isə "Cografiyada alqoritmik düşüncə" mövzusunda təqdimat edib, iqlim dəyişiklikləri, meşə yanğınları ilə bağlı Net logo proqramının tətbiqi əhəmiyyəti və tələbələrlə apardıqları tədqiqatlarla bağlı məlumat verib.