26 may-2 iyun 2022-ci il tarixlərində ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında basketbol üzrə respublika birinciliyinin final yarışları keçirilib.


Beynəlxalq Basketbol Federasiyasının qaydaları əsasında oğlan və qızlar arasında təşkil olunan yarışların final mərhələsində 12 oğlan, 12 qız komandası olmaqla 24 komanda mübarizə aparıb.
 

Yarışın nəticəsinə əsasən, qız komandaları arasında final yarışında Şəki şəhər komandası I yeri, Bakı şəhəri Səbail rayonu II yeri, Nərimanov rayonu III yeri tutub.
 

Oğlanların mübarizəsində Bakı şəhəri Nərimanov rayonu I yeri, Cəlilabad rayonu II yeri, Şəki şəhəri III yeri tutub.
 

Qalib komandalar və onların məşqçiləri Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən diplom, medal və kubokla təltif olunub.
 

Qeyd edək ki, ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında təşkil olunan basketbol üzrə respublika birinciliyində ümumilikdə 70 rayon üzrə 891 məktəbdən 1416 (525 qız və 891 oğlan) komanda mübarizə aparıb, 8038 nəfər oğlan, 4687 nəfər qız olmaqla ümumilikdə 12725 nəfər şagird iştirak edib. 
 

Yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri basketbol idman növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarət olub.