Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Frankofoniya Universitetlər Agentliyinin regional direktoru Mohamed Ketata ilə görüşüb. Görüşdə Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak edib.

 

Görüşdə rektor Anar Nağıyev regionun slavyanşünaslıq üzrə birinci universiteti olan BSU-nun tarixindən, tədris proqramlarından, beynəlxalq əlaqələrindən, fakültə və ixtisaslardan bəhs edib, fransız dili üzrə müəllim kadrların yetişdirilməsindən də danışıb.

 

Frankofoniya Universitetlər Agentliyinin regional direktoru Mohamed Ketata təmsil etdiyi qurum haqqında geniş məlumat verib, qurumun tarixindən, məqsədindən, fəaliyyətindən, müxtəlif universitetlərlə əlaqələrindən, eyni zamanda, Agentliyə üzvlüklə bağlı ətraflı bəhs edib. Həmçinin Agentliyin proqramlar və layihələri, təqaüdləri haqqında danışıb.

 

Görüşdə qarşılıqlı əməkdaşlıq, BSU-nun Agentliyin layihələrində iştirakı, müəllim-tələbə mübadiləsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.