Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğu nəzərə alınaraq yenidən sənəd qəbulu elan edilib. 

 

Sənəd qəbulu prosesi 10-25 avqust 2022-ci il tarixlərində həyata keçirilir. 

 

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

 

Qeyd edək ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib. Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.