2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planı 51 min yerdən çoxdur.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı 10 min artıb.1-ci ixtisas qrupunda sənəd verənlərin sayının kəskin artması və nəticələr keçid balını bu qrupda yüksək formalaşdıracaq. 

 

Ümumilikdə sənəd verənlərin sayının çoxluğu bu ilki müsabiqə vəziyyətini artırıb.

 

Qeyd edək ki, avqustun 16-dan başlanılan ixtisas seçimi bu ayın 28-dək davam edəcək.