Bildiyimiz kimi, “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi  də bir müddət öncə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən biri olub. Birliyin yay mövsümündə təşkil etdiyi “Xarıbülbül düşərgəsi”ndə  32 şagird 3 gün ərzində  Suşa şəhərinin keçmişi və bu günü ilə  yaxından tanış olublar.

    

Düşərgədə təşkil olunan ekskursiyalar, öyrədici viktorinalar şagirdlərin Şuşa haqqında anlayışlarını artırıb, onlarda  musiqi beşiyinə hədsiz məhəbbət yaradıb.

 

Sifai SƏFƏROVA