2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar vacib məqamları diqqətə çatdırıb.

 

Onlara nəzər yetirək.

 

I ixtisas qrupu üzrə vəziyyət belədir:

 

  • - I ixtisas qrupu üzrə ayrılmış 16419 plan yerinin 66 faizi (10785 yer) dövlət sifarişlidir.
  • - Bu qrupda 200 baldan yuxarı nəticə göstərən hər kəsin ali təhsil müəssisələrinə qəbul olmaq şansı var.
  • - 300 və daha yuxarı bal toplayanların da dövlət sifarişli yerlərə qəbul olmaq şansı var.
  • - 600 və daha yuxarı bal toplayanların sayı 1082 nəfərdir. Ötən il bu rəqəm 640 nəfər idi. Bu il 500 və daha yuxarı bal toplayanların sayı ötənilki rəqəmlərdən təqribən 1000 nəfər çox, yəni 2953 –dür. Yüksək reytinqli ixtisasların keçid balının ötən ilə nisbətən qalxma ehtimalı var.     
  • - Subbakalavrların qəbul olmaq şansı ötən illə müqayisədə daha azdır.

 

II  ixtisas qrupu üzrə vəziyyətə baxaq:

 

  • - II ixtisas qrupu üzrə ayrılmış 12232 plan yerinin 4040 yeri dövlət sifarişlidir.
  • - Bu qrup üzrə ayrılmış 12232 plan yerinə qarşı cəmi 9804 müsabiqə iştirakçısı var. -II ixtisas qrupu üzrə hər kəsin ali təhsil müəssisələrinə qəbul olmaq şansı var.
  • - 280 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var.
  • - 300 və daha yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təqribən eynidir. Daha aşağı bal intervallarına baxdıqda isə bu il abituriyentlərin sayının nisbətən çox olduğunu görürük.
  • - Bu ixtisas qrupu üzrə ayrılmış plan yerlərinə subbakalavrların da qəbul olmaq şansları çoxdur.

 

III ixtisas qrupu üzrə statistika belədir:  

 

  • -  III ixtisas qrupu üzrə ayrılmış 15157 plan yerinin 4593 yeri dövlət sifarişlidir.
  • - Yüksək bal toplayanların sayı bu il ötən ilə nisbətən daha azdır. Yüksək reytinqli ixtisaslarda ötən illə müqayisədə bir qədər aşağı keçid balları formalaşa bilər.
  • - Bu ixtisas qrupu üzrə ayrılmış plan yerlərinə subbakalavrların qəbul olmaq şansı daha azdır.  

 

IV ixtisas qrupuna gəldikdə:  

  • - IV ixtisas qrupu üzrə ayrılmış 3980 plan yerinin təqribən 66 faizi (2635 yer) dövlət sifarişlidir.
  • - 200 baldan yuxarı nəticə göstərən hər kəsin ali təhsil müəssisələrinə qəbul olmaq şansı var.
  • - 350 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı var.
  • - Yüksək bal toplayanların sayı bu il ötən ilə nisbətən daha çoxdur. Yüksək reytinqli ixtisaslarda ötən illə müqayisədə daha yuxarı keçid balları formalaşa bilər.
  • - Bu ixtisas qrupu üzrə ayrılmış plan yerlərinə subbakalavrların qəbul olmaq şansları daha azdır.

 

V ixtisas qrupu üzrə:  

 

  • - V qrupda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yeri ayrılıb. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlərin sayı 8921 nəfərdir.
  • - Komissiyalar üzrə müsabiqə vəziyyəti fərqlidir.
  • - 14-cü komissiyanın dizayn ixtisası üzrə 335 plan yeri ayrılıb. 667 abituriyent isə qabiliyyət imtahanından məqbul qiymət alıb.
  • - 61-ci komissiyanın (Bakı) məşqçilik ixtisası üzrə 1275 plan yeri ayrılıb. 2431 abituriyent qabiliyyət imtahanından məqbul qiymət alıb.
  •