16 avqust tarixindən ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin nəzdində Abituriyentlərə Dəstək Qrupu (ADQ) fəaliyyətə başlayıb.

 

MDU-nun gənc akademik heyət üzvlərindən formalaşan ADQ avqustun 28-dək davam edəcək ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz olaraq müvafiq məlumatlandırıcı və məsləhət xidmətləri göstərəcək. Müsabiqə şərtlərini ödəyən abituriyentlər ADQ-yə müraciət edərək, MDU-da həyata keçirilən kadr hazırlığı istiqamətləri və tədris proqramları, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ətraflı məlumat əldə edə bilərlər.