Şagirdlər  arasında yay tətili günlərində keçirilən intellektual bilik yarışması   Beyləqan rayonunda  da maraqlı keçib. Heydər Əliyev Mərkəzində baş tutan bu yarışmanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək, onların istedad və bacarıqlarının üzə çıxarılmasına, ölkə üçün layiqli vətəndaşlar kimi yetişməsinə nail olmaqdır. Yarışmada “Qarabağ”, “Şuşa”,” Xarıbülbül”, eləcə də Zəfər” komandaları öz məharətlərini sınayıblar. “Xarıbülbül” komandası final mərhələnin qalibi adını qazanıb.

 

Qeyd edək ki, qaliblərə diplomlar, iştirakçılara isə həvəsləndirici mükafatlar verilib.

 

Sifai SƏFƏROVA