Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə çiçəkəkmə aksiyası keçirilib.

 

Aksiyaya BDU könüllüləri və müxtəlif fakültələrin tələbələri qatılıb.

 

Aksiyada 400-dək gül əkilib. Tədbirin məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

 

Aksiya 3 gün ərzində davam edəcək.