Türkiyənin Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan, həmin universitetin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. 

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin Bilkent Universitetinin qurucusu, Türk Dünyasının görkəmli alimi, professor İhsan Doğramacı ilə dərin dostluq əlaqəsinə diqqət çəkib və bu dostluğun nəticəsində Bilkent Universitetinin Azərbaycan üçün doğmalaşdığını vurğulayıb. İhsan Doğramacının sağlığında Bilkent Universitetinə səfərini xatırladan rektor qeyd edib ki, yaxın əlaqələr AzMİU və Bilkent Universiteti arasında başladılan əməkdaşlığın sürətli inkişafına yol açacaq.
     

Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan da ulu öndər Heydər Əliyevlə professor İhsan Doğramacının yaxın dostluq əlaqələrindən danışıb və AzMİU rektoruna İhsan Doğramancının Bilkent Universitetinin ərazisindəki abidəsinin təməlqoyma mərasimində Ulu Öndərin lentə alınan fotosunu hədiyyə edib. Professor Kürşat Aydoğan AzMİU ilə əməkdaşlıqdan məmnun olduqlarını, əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib. 
     

Bilkent Universitetinin prorektoru, professor Ezhan Karaşan və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxış edərək, iki universitet arasında yeni başlayan əməkdaşlığın önəmindən danışıblar. 
     

Sonra AzMİU və Bilkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və Bilkent Universitetinin rektoru, professor Kürşat Aydoğan imzalayıb. 
   

Müqavilədə hər iki universitetin akademik heyət, tələbə və tədqiqat qrupları arasında əməkdaşlıq niyyətinin olduğu qeyd edilib. 
Bundan əlavə, universitetlər qarşılıqlı maraq çərçivəsində bir sıra məsələlərdə:

 

  • -Təhsil sahəsində birgə proqramların tədqiqi və inkişafı;
  • - Beynəlxalq, regional və milli layihələrdə birgə iştirak;
  • - Tələbə, müəllim və akademik heyətin mübadiləsi (təlim, mühazirə, təcrübə, stajkeçmə və tədqiqat fəaliyyətində iştirak);
  • - Əvvəlcədən razılaşdırılmış mövzular üzrə birgə elmi konfranslar, seminarlar, simpoziumlar, dəyirmi masaların təşkili;
  • - Qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqat layihələrinin təşkili və həyata keçirilməsi;
  • - Elm və tədris məqsədləri üçün istifadə oluna biləcək təqdiqat və elmi məlumatların mübadiləsi;
  • - Ali təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün institusional əlaqələrin inkişaf etdirilməsində razılığa gəliblər.   
  •