Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

 

Universitetdən bildirilib ki, oktyabrın 5-də açılışı olan sərgidə ali məktəblər arasında ən böyük stend BDU-ya məxsusdur. BDU-nun stendində, əsasən universitetin nəşri olan dərslik və dərs vəsaitləri, elmi xəbərlər, konfrans materialları, eləcə də professor-müəllim heyətinin son illərdə Azərbaycan, rus, ingilis və türk dillərində nəşr etdirdiyi kitablar nümayiş olunur.

 

Stenddə BDU haqqında videoçarxın nümayişi yerli və xarici ziyarətçilər tərəfindən maraqla qarşılanıb. BDU-nun stendi kiçikyaşlı kitabsevərlərin də marağına səbəb olub. Qonaqlara stenddə nümayiş olunan nəşrlər barədə məlumat verilib, BDU-nun loqosu olan çap məhsulları, bloknot, buklet və qeyd vərəqləri hədiyyə olunub.

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabr ayının 9-na qədər davam edəcək.