Bakıdakı 109 nömrəli tam orta məktəbin tərkibində yerləşən Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə  “Özgür diyarım, Zəngilan” adlı tədbir keçirilib.  Nizamı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının  əməkdaşları ilə təhsil ocağının birgə səyi sayəsində baş tutan tədbir bütün iştirakçıların marağına səbəb olub.

     

Çıxış edən müəllimlər Zəngilan haqqında təəssüratlarını, xatirələrini bölüşüb.

     

Tədbirdə  şagirdlərin ifasında 44 günlük Vətən müharibəsində həlak olan  qəhrəman şəhidlərimizə həsr edilən şeirlər səsləndirilib.

   

Sonda  kitabxana əməkdaşlarının Zəngilan və onun azad olunması uğrunda qanlı döyüşlərdə həlak olan Vətən oğulları barədə yazdığı kitablardan ibarət sərgi nümayiş etdirilib.  

 

Sifai SƏFƏROVA