Təhsil TV "Məktəblilər üçün oxu" layihəsi çərçivəsində növbəti buraxılışını təqdim edir. Şabran rayon Uzunboyad kənd tam orta məktəbinin müəllimi Jalə Həmidova məktəblilərə İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərindən parça oxuyub. Layihə Günəş ARB telekanalından həftənin hər şənbə günü saat 18:30-da yayımlanır.