Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “Gənclər arasında erkən nikahlar və onun mənfi tərəfləri” mövzusunda seminar keçirilib.

 

Fakültənin əməkdaşları, tələbə və magistrantların iştirakı ilə keçirilən seminarda kafedra müdiri Esmira Cəfərova erkən nikahın dövrümüzün aktual problemlərindən biri olduğunu qeyd edib, cəmiyyətin inkişafına mənfi təsir göstərən belə halların qarşısının alınması üçün əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin önəmini vurğulayıb.

 

Sonra fakültənin akademik heyət üzvlərindən Hüseyn Əsgərov “Erkən nikahlar: hüquqi aspektlər və problemlər”, Nərgiz Niftəliyeva “Erkən nikahın yol açdığı psixoloji fəsadlar” və Vüsalə Mustafayeva “Erkən nikahlar nəticəsində yaranan fəsadların bioloji təhlili” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə erkən nikahın fərdi inkişafa, sağlamlığa və psixologiyaya mənfi təsirləri, problemin qarşısının alınması məqsədilə mümkün qabaqlayıcı və  profilaktiki  işlər barədə danışılıb, problemin hüquqi həlli və uşaq hüquqlarının pozulmasına qarşı mübarizə tədbirləri ilə bağlı ətraflı məlumatlar verilib.  

 

Sonda iştirakçıların sualları cavablandırılıb.