UFAZ-da Dövlət Məşğulluq Agentliyinin layihəsi çərçivəsində görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsi çərçivəsində Fransa-Azərbaycan Universitetində (UFAZ) görüş keçirilib. Görüşdə agentliyin nümayəndələri və müxtəlif universitetlərin karyera mərkəzlərinin əməkdaşları iştirak ediblər.

 

UFAZ-ın Frankofoniya Karyera Mərkəzinin rəhbəri Lətifə Nəsibova iştirakçılara UFAZ, Karyera Mərkəzinin yaradılması prosesi, mövcud problemlər, həlli yolları, nailiyyətlər və cari fəaliyyət haqqında məlumat verib.

 

Layihələr və monitorinq şöbəsinin müdiri Lalə Rəsulova həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. O, Tələbə İnkişaf Platforması, İş Klubu layihəsi, Karyera Mərkəzləri Şurası haqqında ətraflı danışıb, həmçinin bu yaxınlarda yaradılmış “Ayın Mərkəzi” layihəsini təqdim edib.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.