XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Audiovizual sənətlər fakültəsinin Rejissorluq ixtisası Kino rejissoru ixtisaslaşması tələbələrinin filmləri uğur qazanıb. Kamal İbadov  “Motivator” filmi ilə (kurs rəhbəri Kino-televiziya sənətləri kafedrasının müəllimi Rüfət Həsənov) “Ən yaxşı tələbə filmi”, Murad Hüseynov isə (kurs rəhbəri Kino-televiziya sənətləri kafedrasının professoru Vaqif Mustafayev) “Yaradıcı axtarışlarına görə” Münsiflər Heyətinin xüsusi mükafatı ilə təltif edilib.

 

Qeyd edək ki, festivala 79 ölkədən 814 film təqdim olunub. Bunlardan 91 film yerli müsabiqəyə çıxarılıb.