Bakı Ali Neft Məktəbinin “Fizika klubu” 1-ci kurs tələbələri üçün “Python” proqramlaşdırma dili mövzusunda “Python for Physics” kursu təşkil edib.

 

8 həftə davam edəcək kursda 55-ə yaxın tələbə “Python” proqramlaşdırma dili haqqında məlumatlar əldə edəcək və həmin bilikləri fizikaya aid məsələlərin həllində tətbiq etmək imkanı qazanacaq.

 

Kurs sessiyalarının mentoru “Fizika klubu”nun sədri Fərhad Ağayev, koordinatoru isə klubun sədr müavini Ayşən Qurbanovadır.