Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar incəsənət xadimi, şair, dramaturq Baba Vəziroğlu ilə görüş keçirilib.

 

“UNEC poeziya günləri” çərçivəsində keçirilən görüşdə universitet rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

 

Görüşdə şairin həyat və yaradıcılığı barədə məlumat verilib, Yaradıcılıq Mərkəzinin üzvləri nəğməkar şairin şeirlərini səsləndiriblər.

 

UNEC-də olmaqdan məmnunluğunu ifadə edən B.Vəziroğlu “Cənab Ali Baş Komandan” şeirini söylədikdən sonra, yaradıcılığı ilə bağlı xatirələrini bölüşüb. Sonra müəllim və tələbələrin sualları cavablandırılıb. 

 

Tədbirdə çıxış edən rektor professor Ədalət Muradov UNEC kollektivinə yaşatdığı xoş anlara görə B.Vəziroğluna təşəkkürünü bildirib, “Yaradıcılıq Mərkəzinin fəxri üzvü” plaketini şairə təqdim edib.

 

Görüş UNEC-in rəsmi Youtube səhifəsində canlı yayımlanıb.