Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin, maliyyə və mühasibat fakültəsinin birgə təşkilatçılığı ilə “Ayfinance Business Solutions Company”nin “3 aya mühasib ol” təqaüdlü təcrübə proqramının təqdimatı keçirilib.

 

UNEC-dən bildirilib ki, tədbirdə Beynəlxalq İqtisad Məktəbinin məzunu və şirkətin direktoru Aytən İmamquliyeva təcrübə proqramı barədə tələbələrə məlumat verib.

 

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Karyera Mərkəzinin direktoru Aytac Rzayevanın moderatorluğu ilə keçirilən “sual-cavab” sessiyasından sonra proqramda iştirak hüququ qazanmaq üçün tələbələr arasında imtahan və müsahibə prosesi təşkil olunub.

 

Proqramda iştirak hüququ əldə edən 12 iştirakçı üç ay müddətində mühasib köməkçisi kimi fəaliyyət göstərəcək, uğurlu nəticə ortaya qoyduqları halda işlə təmin olunacaqlar.