Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai təhsil fakültəsinin  tələbələri  “Uşaq anatomiyası, fiziologiyası və gigiyenası” fənni üzrə  növbəti dərsini Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası  və tibbi terminologiya kafedrasının  nəzdində  olan  muzeydə keçiblər.

 

Fənn müəllimi Səadət Qəmbərovanın rəhbərliyi ilə keçirilən praktik dərsdə  insan anatomiyası  və tibbi terminologiya kafedrasının  müəllimi Ramilə Babayeva muzeydə olan çoxlu sayda uşaq orqanizminə aid eksponatlar haqqında ingilis dilində məlumat verib.

 

Praktik dərs nəzəri materialların tələbələr tərəfindən daha yaxşı mənimsənilməsi məqsədilə keçirilib.

 

Dərsdə ibtidai təhsil fakültəsinin dekan müavini Afət Həsənova da iştirak edib.