Gəncə Dövlət Universitetində (GDU)  Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları tərəfindən “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təlim keçirilib.

 

GDU-dan bildirilib ki, universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva dövlət tərəfindən gənclərin inkişafına dair həyata keçirilən layihələr və Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti haqqında təlim iştirakçılarını məlumatlandırıb.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru  Əfqan Baxşəliyev qeyd edib ki, “Gənclər davamlı inkişaf üçün” layihəsinin əsas məqsədi tələbələrin bacarıqlarının gücləndirilməsi, eləcə də region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artırılmasıdır.

 

Təlimdə Ə.Baxşəliyev gənclərin inkişafı, təhsil, karyera və peşələrinin düzgün seçilməsi ilə bağlı iştirakçıları maarifləndirib.

 

Sonda müzakirələr aparılıb, tələbələrin fikir və rəyləri öyrənilib. 

 

Nəzrin SEYİDƏLİYEVA