Mədəniyyət tariximizin əlamətdar günlərindən olan Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində bayram əhval-ruhiyyəli “Musiqi palitrası” adlı tədbir  keçirilib. Tədbirdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri rəngarəng proqramla  çıxış ediblər. Maarifləndirmə məqsədilə keçirilən tədbirdə əlamətdar günün tarixindən, müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyli yaradıcılığından və milli musiqi alətlərindən ətraflı söz açılıb. Məktəblilər tanınmış musiqiçilərin əsərlərini səsləndiriblər.

 

Milli alətlərə sevgi aşılamaq məqsədilə  şagirdlərə “Musiqi alətlərinin imitasiyası” mövzusunda ustad dərsi keçirilib.

                         

Sifai SƏFƏROVA