Elm və təhsil naziri Emin Əmrullayev 27 yanvar 2023-cü il tarixində Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda  Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayon sakinləri iştirak edə bilərlər.



Adları çəkilən şəhər və rayonların sakinləri 19 yanvar 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.



Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.