Qarabağ Regional Təhsil İdarəsi Şuşa rayonu üzrə təhsil sektorunun  tabeliyində olan ümumi və məktəbdənkənar təhsil müəssisəsinin bir qrup rəhbəri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrini ziyarət edib.

 

RTİ-dən aldığımız məlumata görə, görüşdə şəhidlərin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılğından bəhs edilib.

 

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

 

Sonda Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Şakir CƏFƏROV