Gəncə Dövlət Universiteti (GDU) ilə Türkiyənin Atatürk Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Universitetdən bildirilib ki, memorandum hər iki təhsil ocağının müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq. Sənəddə, həmçinin universitetlər arasında təhsil, mədəni və elmi tədqiqatlar sahəsində əməkdaşlığın qurulması, tələbə və müəllimlərin mübadiləsi, eləcə də birgə elmi tədqiqatlar və konfransların təşkili nəzərdə tutulub.

 

Qeyd edək ki, Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut, 16 araşdırma mərkəzi və universitet xəstəxanası fəaliyyət göstərir. Atatürk Universiteti Türkiyənin 2-ci ən böyük kampusa sahib ali məktəbidir.  

 

Nəzrin Seyidəliyeva