Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semesterinin qış imtahan sessiyası çərçivəsində növbəti dəfə valideynlərin müşahidəsi təmin edilib.

 

Valideynlər universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə auditoriyalarda imtahanları izləyib, imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumatlandırılıblar.

 

Müşahidələrdən sonra imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun təşkilindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlayan payız semestrinin qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Cari imtahan sessiyasında baş tutacaq 1000-dən çox imtahanda 3500-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir.