Bakı Dövlət Universitetində (BDU) Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparılacaq. BDU Elmi Şurasında bununla bağlı Tədbirlər Planı müzakirə edilib.

 

Tədbirlər Planında Qərbi Azərbaycanla bağlı müxtəlif tədqiqatların, sistemli araşdırmaların aparılması, beynəlxalq konfrans, elmi seminar, disputların keçirilməsi, kitabların çap olunması, Qərbi Azərbaycan icması ilə intensiv əlaqələrin təmin olunması, icma üzvləri, o cümlədən Qərbi Azərbaycandan deportasiya olunmuş BDU əməkdaşları ilə görüşlərin təşkili və s. nəzərdə tutulur.

 

Bu barədə BDU-dan məlumat verilib.