Mingəçevir Dövlət Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

23-28 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 258 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,9% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 31 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 99,1% olub.

 

İmtahan sessiyası  fevralın 1-dək davam edəcək.